201612.25
Off
2

“Yeni Baş Direktor təyin edildi”

Mirzə Abdullayev Vitas Consulting şirkətinin yeni Baş Direktoru təyin edildi. Bu təyinatın əsas səbəbi şirkətin yerli və regional inkişaf üzrə yeni strategiyasıdır.
Mirzə Abdullayev Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq təşkilatların layihələrinə rəhbərlik etmiş və həmçinin öz karyerası müddətində strateji inkişaf və investisiya layihələri üzrə dövlətə məxsus şirkətlərin struktur vahidlərinin idarə olunması sahəsində geniş təcrübəyə malikdir.

Vitas Consulting şirkətindən öncəki son beş il ərzində Mirzə rəhbər vəzifələr tutduğu, Azərbaycan və Türkiyədəki dövlət təşkilatlarında layihə idarəetmə sistemlərinin strateji konsepsiyalarının hazırlanması və təkmilləşdirilməsində yaxından iştirak etmişdir.

O, həmçinin idarəetmənin müxtəlif sahələri üzrə bir sıra dövlət və özəl şirkətlərə konsultasiya xidmətlərinin təmin edilməsi üzrə də xüsusi təcrübəyə malikdir.