201709.25
Off
0

“Ukrayna şirkəti ilə Anlaşma Memorandumu imzalandı.”


2017-ci ilin Sentyabr ayında Azərbaycanın “Vitas Consulting” MMC və Ukraynanın “ICDI” MMC (İnşaat Obyektlərinin Kompleks Layihələndirilməsi İnstitutu) şirkətləri arasında ikitərəfli Anlaşma Memorandumu imzalanmışdır. Anlaşmanın hədəfi mühəndislik- yol infrastrukturu, körpü, su şəbəkəsi və.s sahələrdə sıx əməkdaşlıq münasibətləri qurmaqdır. Bu istiqamətdə layihə çərçivəsində tərəflər qarşılıqlı olaraq bu və ya digər sahələrdə informasiya mübadiləsində fəal iştirak edəcəklərini bildiriblər. Fəaliyyət məkanına Azərbaycanla yanaşı Orta Asiya ölkələri, Ukrayna, Gürcüstan, Belarus, Pakistan kimi ölkələr də aiddir.