Biz kəmiyyət və keyfiyyət ölçüsündə, sağlam və mütərəqqi inkişafı təmin edən yüksək səmərəli, etibarlı və çoxfunksiyalı strukturdan istifadə edərək işləyirik.Biz planlama və inşaatda ən son beynəlxalq və milli normalara və standartlara uyğun üstün dəyər, çevik, iqtisadi-səmərəli, və inteqrasiya olunan mühəndislik həlləri təqdim edirik.Biz müstəsna keyfiyyət təminatı sistemini mənimsəyib inkişaf və innovasiya axtarışında olaraq ən müasir texnologiyaları tətbiq edirik.

Texniki-İqtisadi Əsaslandırma
VITAS CONSULTING layihələrin səmərəliliyini qiymətlləndirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanı həyata keçirir.Həyata keçirilən texniki-iqtisadi əsaslandırma layihənin uğurlu olmasını müəyyən edir.Biz bütün sektorlarda həyata keçirilmiş çox saylı layihələrdən əldə olunmuş rəqabətsiz təcrübə təklif edirik. Məhz bu səbəbdən bizim etibarlı qiymətləndirmə üsulları və yüksək ixtisaslı mühəndislər müştərilər üçün ilk seçimdir.Bizim xidmətimiz layihələr üzrətexniki, ətraf mühit, cəmiyyət, iqtisadi və maliyyə aspektlərini əhatə edir. Biz həmçinin hər növ qeyri-müəyyənlikləri nəzərə almaqla sistemli və ciddi yanaşma vasitəsilə qərar qəbuletmə prosesini idarə edirik.
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Biz daimi ətraf mühitin idarə edilməsi, o cümlədən monitorinqin nəticələri və ekoloji dəyərlər üzrə maarifləndirmə və təhsil üçün təməl inşa edirik.Ətraf mühitlə bağlı uyğunlaşmalarda yaranan çətinliklərlə qarşılaşaraq kompleks, yenilikçi və xüsusi həllərlə bağlı dinamik seçim təklif edərək müştərilərimizi möhkəm mövqelərə yerləşdiririk.Biz həmçinin peşəkar məsuliyyəti, buraxılan nöqsaların sığortalanmasını, həmçinin çirklənməyə görə məsuliyyətin sığortalanmasını idarə edirik.Bizim yetərli təcrübəmiz və biliklərimiz Ətraf mühitin təsirinin qiymətləndirilməsi istiqamətində normativ və resursların müvafiq səviyyəsini müəyyən etmək üçün imkan yaradır.Bizim məqsədimiz gələcək nəsillər üçün resurslar və təbii sistemlərin qorunması və təkmilləşdirilməsi üçün davamlı həll yollarının həyata keçirilməsini təmin etməkdir.
GIS və GPS Xəritə Müəyyənetmə
Biz istənilən məkana əsasən məlumatları təqdim etmək, idarə etmək, təhlil etmək və tutuşdurmaq üçün GIS və GPS texnologiyasından istifadəni təmin edirik. Bizm GIS proqramları öz müştərilərimizin öz aktivlərini coğrafi olaraq düzgün idarə etməsi, potensial imkanları müəyyən etməsi, riski azaltması və gələcəkdə daha yaxşı adaptasiya üçün işlərini sadələşdirir və sürətləndirir.
Layihələndirmə
Biz mühəndis layihələndirməsi üzrə geniş təcrübəyə malikik. Bizim mütəxəssislər və mühəndislər innovasiya, estetika və təcrübə üzrə geniş qiymətləndirməyə malikdir. Hər bir layihə ilə, “Vitas Consulting” şirkətinin layihə komandaları yaradıcı və strateji layihədə yeni istiqamətləri təlqin edir.
Tikintiyə Nəzarət
Bir çox işlər layihə konsepsiyası mərhələsi ilə layihənin sona çatması arasında həyata keçirilir. Layihənin uğurlu olması üçüntikintinin planlaşdırılması və idarə olunması bütün ümumi bir proses çərçivəsində həyata keçirilməlidir. VITAS CONSULTINGşirkəti bir çox sənaye və özəl strukturlar üzrə həyata keçirilən tikinti işləri zamanı müştərilərini tikintiyə nəzarət xidməti ilə təmin etmişdir. Bu zaman biz risklərin idarə olunması və qabaqlayıcı təhlükəsizlik tədbirləri kimi məsələlərə xüsusi diqqət ayırırıq.