Şirkətimiz

Genişmiqyaslı idarəetmə və mühəndislik məsləhəti şirkəti olaraq 2011-ci ildə təsis edilən VITAS CONSULTING geniş təcrübə, peşəkar bacarıq və qlobal fəaliyyət imkanlarına malikdir. Baş ofisi Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən şirkətin bir sıra ölkələrdə nümayəndəlikləri də fəaliyyət göstərməkdədir.

Şirkətimizin müştəriləri keyfiyyət, müasirlik və rentabellilik baxımından yüksək standartlara riayət edilməklə onlara təqdim olunan tam kompleks xidmətlərdən faydalanırlar.
VITAS CONSULTING əsas diqqətini müştəriləri üçün birinci dərəcəli və davamlı dəyər yaratmağa yönəltmişdir. Məsələlərə çevik yanaşma təcrübəsinə malik VITAS CONSULTING daim müştəriləri üçün yalnız nəzəri deyil, həmçinin real və işlək olan ən yaxşı həll yollarını təklif etmişdir.

VITAS CONSULTING-in bütün bunları etmə səbəbi “Müştərinin uğuru, bizim uğurumuzdur” prinsipinə sadiqliyidir.

Yanaşmamız

Missiyamız

Bizim missiyamız keyfiyyətli və fərqli xidmətlər kimi peşəkar töhfələrimiz vasitəsilə müştərilərimizin fəaliyyətini təkmilləşdirmək və korporativ dəyərini genişləndirməkdir.

Əsas Dəyərlərimiz

Biz ən çox peşəkarlıq və hörmət kimi dəyərlərə əsaslanırıq:

Peşəkarlıq

  • Müştəri üçün rəqabət üstünlüyü yaratmaq
  • Özümüzün və müştərinin resurslarından səmərəli istifadə etmək
  • Öz nüfuzumuzun və davamlı təkmilləşmənin qayğısına qalmaq
  • Bacarıqlı və təcrübəli işçi heyətini cəlb etmək
  • Müştəriyə innovativ təcrübə təqdim etmək
  • Asan yolu deyil, düzgün yolu seçmək və şablonlardan istifadə etməmək

Hörmət

  • Düzgünlük prinsiplərinə yüksək səviyyədə əməl etmək
  • Etika və Vicdanlılıq prinsiplərinə əməl etmək
  • “Müştərinin maraqları öndədir” düşüncəsi ilə yanaşmaq
  • Müştərilərdə özünə qarşı inam yaratmaq və münasibətləri etibarlılıq üzərində qurmaq
  • Müştərinin konfidensial məlumatlarını qorumaq
  • Mülkiyyət hüquqlarına hörmət göstərmək
  • İcra edə biləcəyimiz işləri öhdəmizə götürmək
  • Səmimi ünsiyyətə üstünlük vermək
  • Konstruktiv tənqidi qəbul etmək




Biz əsas dəyərlərimiz üçün yüksək səylə fəaliyyət göstərir və onları hər bir fəaliyyətimizə tətbiq edirik. Bu dəyərlər göstəriş üçün deyilən formal sözlər deyil; bunlar bizim prinsiplərimizə sadiqliyimizi təmin edən təlimatlardır.

Komandamız

Günel Səfərəliyeva

Satınalma üzrə Ekspert

Günel Səfərəliyeva Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən və tənzimlənən Su Təchizatı və Kanalizasiya Sistemləri, Daşınmaz Əmlakın Reyestri, İdarə etmə və Kadastr...

Ramiz Məmmədli

Layihə İdarəetməsi üzrə Ekspert

Ramiz Məmmədli tikinti, telekommunikasiya, təhsil, İT və sosial layihələrin idarə olunması üzrə 7 ildən artıq təcrübəyə malikdir. Onun həmçinin özəl, qeyri-kommersiya və təhsil sektoru üzrə 10 illik təlim və tədris keçmə təcrübəsi vardır.

Ramiz Əbdülrəhimov

Memarlıq üzrə Ekspert

Ramiz Abdulrəhimov Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyası və Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının akademikidir. O, Memarlıq-Akustikası və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, professor...

Varis Kazımov

Memarlıq üzrə Ekspert

Memarlıq və İnşaat Universitetini yüksək nailiyyətlərlə bitirmiş Varis Kazımov 10 ildən artıq memarlıq üzrə iş təcrübəsi daxilində bir çox nailiyyətlərə nail olmuşdur. Həmçinin memarlıq sahəsində yeni və innovativ vəsaitlərdən istifadə ...

Arzuman Məmmədov

Mühəndislik üzrə Ekspert

Elmlər namizədi olan Arzuman Məmmədovun 40 ildən artıq iş təcrübəsi var. O dövlət idarələri ilə yanaşı həmçinin özəl şirkətlərdə də fəaliyyət göstərmişdir. Geniş mühəndislik təcrübəsini gənc kadrlarla bölüşməyi sevən Arzuman Məmmədov xüsusilə ...

Azərbaycan – Baş Ofis

12a Yahya Bakuvi str., N.Narimanov, Baku, AZ1008
office@vitasconsulting.com
www.vitasconsulting.com

Gürcüstan

4 V. Pshavela 7 str.,
Saburtalo dist., Tbilisi
ilqar.mustafayev@vitasconsulting.com

Tacikistan

111/3 Nusratullo Maxsym str.,
Dushanbe
ubaydullo.rakhmatov@vitasconsulting.com

 

Ukrayna

vadim.usenko@vitasconsulting.com

 

Qırğızıstan

196 Frunze str.,
Novo Pavlova, Sokulskiy region
kidirbay.murathanovic@vitasconsulting.com

Qazaxıstan

Astana, Samal, Dom 6, kvartira 47
orhan.kader@vitasconsulting.com

Rusiya

4 Yakhromskaya str.,
Moscow
elchin.mammadov@vitasconsulting.com

Özbəkistan

74 Kichik Bashogac,
Yakkasaray, Tashkent
veli.karaca@vitasconsulting.com

Müştərilərimiz