Fəaliyyətin səmərəliliyi məhsul barədə ilkin düşüncənin keyfiyyətli son məhsula çevrilməsində iştirak edənbütün fəaliyyətlərdən ibarətdir. VITAS CONSULTING şirkəti olaraq Fəaliyyətin Səmərəliyi sahəsindəki təcrübəmiz sizin təşkilatınızın yüksək səviyyəli dəyər zənciri yaratmasına və fəaliyyət mükəmməlliyinə nail olmasına kömək edəcəkdir.

Layihənin İdarə Olunması

Layihənin idarə olunmasının ən vacib amili verilmiş məhdudiyyətlər daxilində bütün layihə məqsədlərinə nail olmaqdır. VITAS CONSULTING şirkəti bütün növ təşkilatlar üçün kompleks layihələrinin uğurlu icrası üçün seçilmiş tərəfdaşdır.

Satınalmaların İdarə Olunması

Şirkətlər keyfiyyət, kəmiyyət, zaman və məkan amillərini nəzərə almaqla əldə etdikləri mal, xidmət və işlərin qiymət səmərəliliyinə riayət olunduğu təmin etmək üçün satınalma proseslərini yüksək peşəkarlıqla idarə etməlidir. Bizim satınalmaların idarə olunması üzrə ixtisaslaşan komandamız satınalma strategiyası və təlimatlarını hazırlamaq və istənilən spesifik satınalma prosesini icra etmək üçün sizinlə əməkdaşlıq edəcəkdir.

Marketinq və Bazar araşdırması

Bizim xidmət əsasən daxili bazar və müxtəlif ölkələr arasında hərəkət edən, bazar tendensiyaları, ixrac və idxal, satış kanalları, marketinq, satış qiymətləri və hədəf bazar qiymət dinamikasını, həmçinin risklərin qiymətlərndiriləsi, sığorta  metodları, qiymətləndirmə və fəaliyyət planının hazırlanmasını müəyyən edərək, mallara olan tələb modelinə əsaslanır. Göstərilənlərlə yanaşı valyuta mübadiləsi və valyuta bazarında məzənnənin dinamikası həmişə məsləhət xidmətlərinə daxildir. Eyni zamanda, layihədə yüksək ixtisaslı mütəxəssislərin iştirakı vacib amillərdən biridir.

Riskin İdarə Olunması

Bu, riskləri təhlil edərək və onları aradan qaldırmaq və ya azaltmaq üçün qabaqlayıcı tədbirlər görərək potensial riskləri öncədən müəyyən etmək prosesidir. Biz, sektor, əməliyyat və imic risklərini idarə etmək məqsədilə riskin idarə olunması strategiyalarını hazırlayır, nəzərdən keçirir və tətbiq edirik.