201706.14
Off
0

“Excedea” firmasının nümayəndəsi ilə Bakıda görüş keçirildi

12 İyun tarixində dünyanın 40 ölkəsində uğurlu layihələrə imza atmış, Avropanın tanınmış “Excedea” məsləhət xidməti şirkətinin Baş Əməliyyat direktoru Bakıya səfəri çərçivəsində “Vitas Consulting” şirkəti ilə görüş keçirib. Görüşdə Estonia və Azərbaycanın mövcud iqtisadi vəziyyəti, yerli bazar, beynəlxalq layihələrin idarə olunması mövzularında müzakirələr aparılmışdır. Həmçinin tərəflər arasında gələcəkdə qurula biləcək əməkdaşlıq münasibətləri, onların nəticələri barədə geniş fikir mübadiləsi aparılmışdır. Yekun olaraq tərəflər, beynəlxalq arenada layihələrin uğurlu icra edilməsi üçün qarşılıqlı olaraq dəstək verəcəklərini bildirmişlər.