Biz dövlət sektor təmin etdiyi xidmətləri dəyişdirilməsi və təkmilləşdirilməsində köməklik göstərməyə hər zaman hazırıq. VITAS CONSULTING hökümət(lər)in ən problemli məsələlərini həll etmək üçün özəl və dövlət sektorlarının bacarıqlarını bir arada cəmləyir. İqtisadiyyat, təhsil, kənd təsərrüfatı, ədliyyə, vergi və digər sahələr üzrə əməkdaşlıq etməklə onların yüksək təsirli və davamlı nəticələr əldə etməsinə yardımçı olacaq həll yollarını hazırlamaq məqsədilə müvafiq strateji yanaşmanı tətbiq edirik.

İqtisadi Artım

Biz sizin fəaliyyət bölgənizin biznes üçün daha münbit yerə çevrilməsi istiqamətində çalışan biznes qurumları, iqtisadi inkişaf korporasiyaları və digər təşkilatlara dəstək veririk. İşsizlik, yoxsulluq, evsizlik və uyğun qiymətə mənzil təminatı sahələri üzrə prioritetləri tam maliyyələşdirmək üçün, iqtisadiyyat inkişaf əhəmyyətli şəkildə inkişaf etməlidir. Biz həmçinin öz bizneslərini inkişaf etdirməyə çalışan yeni yaradılmış şirkətlərə də yardım göstəririk. VITAS CONSULTING şirkəti yerli biznesləri inkişaf etdirmək və regional icmaları gələcək inkişafa hazırlamaq məqsədilə innovativ xidmətlər təmin etməklə yanaşı ərazi üzrə yüksək texnologiyalar sahəsində ixtisaslaşan istedadlar və şirkətləri cəlb edərək regionun rəqabətliliyini artırmaq üçün strateji təşəbbüsləri reallaşdırır.

Təhsil

Bizim ekspertlərimiz təhsil islahatları üçün geniş miqyaslı təkmilləşdirmə proqramlarını tətbiq etməkdə uğurlu nailiyyətlərə imza atmışlar. VITAS CONSULTING üçün təhsil islahatları üzrə strategiyanın yaradılması üçün peşəkar xidmətlər təklif edir. Biz təhsil sektorunun satış dövriliyi, maliyyələşmə mühiti, iş prosesləri, rəqəmsala keçid, biznes və missiyanın hədəfləri arasında gərginliklər kimi özünəməxsus dinamikasını başa düşürük. Bununla yanaşı sektor üzrə bacarıqlarımızı ümumi bacarıqlarla birləşdiririk.

Ədliyyə Sistemi

Komandamız özünün proaktiv və praktiki yanaşması ilə ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində dünya təcrübəsinə uyğun və keyfiyyətli məsləhət xidməti təmin edən üstün bacarıqlara malikdir. Ədliyyə sistemi sahəsindəki xidmətlərin dövlət səviyyəsindəki dəyərini başa düşür və hər zaman aydın və dəqiq həll yolları təklif edirik.

Ticarət

Ticarət, o cümlədən idxalat və ixracat hər bir strukturun inkişafına təsir edən mühüm siyasətdir. Dövlət sektorunun inkişafında daxili və xarici ticarət hər zaman diqqət mərkəzində olmuşdur. Ticarət istiqamətləri İqtisadi və Siyasi amillərdən asılı olaraq tez-tez dəyişə və ya əvəzlənə bilir. Xarici ticarətin inkişafı birbaşa ölkənin xarici siyasəti ilə səciyyələnir. Özəl sektorun ticarət strategiyası da əsasən Dövlət sektorunun inkişaf modeli ilə parallel irəliləyir. Biz bu sektorun inkişafı istiqamətində bütün nüansları nəzərə alaraq fəaliyyət göstəririk.