201707.21
Off
0

“Astanada Beynəlxalq Forumda iştirak edildi.”

18-19 İyul tarixlərində “Vitas Consulting” Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən- CAREC proqramı çərçivəsində Enerji İnvestisiya Forumunda iştirak etmişdir. Forum Mərkəzi Asiyada “təmiz enerji”yə investisiyaların artırılmasına fokuslanmışdır. Tədbirdə 11 CAREC üzv ölkələrindən, həmçinin Azərbaycandan dövlət və özəl sektorda fəaliyyət göstərən nümayəndələr iştirak etmişdir. “Vitas Consulting” və forumda iştirak edən Beynəlxalq şirkət nümayəndələri, dövlət orqanları iştirakçıları və Bank təmsilçiləri ilə görüşlər keçirildi. Bununla yanaşı nümayəndə heyətləri ilə real biznes istiqamətləri ətrafında danışıqlar aparıldı, gələcək əməkdaşlıq münasibətlərin qurulması üçün xüsusi münasibətlər yaradıldı. 2 gün davam edən Forum iştirakçılara təqdim olunan yemək ziyafəti ilə yekunlaşdı.